İtkin düşən Seul merinin cəsədi tapıldı - Yenilənib

İtkin düşən Seul merinin cəsədi tapıldı
Oxunma sayı: 4723

Cənubi Koreyanın paytaxtı Seulun şəhər rəhbəri Pak Von Sun itkin düşüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, polis merin telefonundan gələn sonuncu siqnalı Sunqbuk bölgəsində qeydə alıb. Daha sonra Sunun telefonu söndürülüb. Şəhər rəhbərinin qızının sözlərinə görə, atası evdən çıxmazdan əvvəl vəsiyyətə bənzər səsli mesaj göndərib. Sunun axtarışları üçün dronlardan və xidməti itlərdən istifadə olunur.

Xatırladaq ki, bəzi KİV-də Pak Von Sunun cəsədinin tapıldığı yazılsa da, Cənubi Koreya hökuməti məlumatı təkzib edib.

Qeyd edək ki, prezident Mun Çje İnin Liberal Demokratik partiyasının üzvü olan Pak Von 2011-ci ildən Seulun meridir. O, 2022-ci il seçkilərində prezidentliyə əsas namizədlərdən biri sayılır.

***

7 saatlıq axtarışlardan sonra Pak Von Sunun Puqaksan parkındakı meşəlik təpədə tapılıb. Merin ilkin ölüm ehtimalı kimi inithar etdiyi irəli sürülüb. Onun meyiti tibbi ekspertizaya göndərilib. 

Qeyd edək ki, Pak Von Sunun adı bu yaxınlarda cinsi təcavüz qalmaqalında hallanıb. Belə ki merin keçmişdə tabeliyində olan şəxs polisə şikayət edərək Sun tərəfindən seksual zorakılığa məruz qaldığını və 2017-ci ildən ondan əxlaqsız mesajlar aldığını bildirib. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi