Şevarnadze Ermənistana qarşı

sevarnadze-ermenistana-qarsi
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, Şevarnadze qeyd edib ki, bu layihə Gürcüstan üçün demoqrafik problem yarada bilər. Bununla yanaşı, eks-prezident ermənilərin hesabına Acarıstanın demoqrafik xəritəsində dəyişikliklərin ola biləcəyindən ehtiyat etdiyini bildirib: “Abxaziyaya baxın, orada ermənilər abxazlardan çoxdur”. Şevarnadze, həmçinin istisna etməyib ki, gürcü hökuməti mübahisəli hesab edilən bir neçə kilsəni Ermənistana verməklə onlara güzəştə gedəcək.

Xatırladaq ki, keçən həftə Serj Sarkisyan Gürcüstana səfəri zamanı Saakaşvili ilə yolun tikintisi ilə bağlı məsələləri müzakirə etmişdi. Ermənistanı Batumi ilə birləşdirəcək yolun , həm də erməni turistlərin Gürcüstana axınını artırmağa xidmət edəcəyi bildirilir.

Səidə