Şevçenko Londonda karantinə alındı

sevcenko-londonda-karantine-alindi
Oxunma sayı: 1232

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Londonda karantinə alınıb.

 “Qafqazinfo” xəbər verir ki, 43 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə bir müddət karantində qalacaq. Ukraynalı mütəxəssis “Sky Italia”ya bu barədə açıqlama verib:
 
“9 yaşında olarkən ölkəmdə Çernobıl faciəsi yaşanmışdı. Uzun müddət karantində qalmışdıq. Mən buna oxşar vəziyyəti onsuz da yaşamış insanam. Əgər axmaq addımlardan qaçsaq, koronavirusdan yayınarıq. Dünya və sakinlərini düşünməliyik. Hazırda Londondayam. 10 gün ərzində başqa yerə getmədik. İtaliyada olanlardan xəbərdaram. Oradakı insanların həyatı üçün narahatam. Ümid edirəm ki, hər şey müsbət sonluqla bitəcək. Birlikdə qalacağıq, virusdan xilas olacağıq”.