Şevçenko Ukrayna millisindən getdi

sevcenko-ukrayna-millisinden-getdi
Oxunma sayı: 3141

Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi vəzifəsindən gedib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib.

“Bu gün Ukrayna Futbol Federasiyası ilə müqaviləm başa çatıb. Mən beş il millidə çalışdım. Biz sübut etdik ki, müasir futbol oynamağı bacarırıq.

Mən hər bir futbolçuya, azarkeşlərə, komandanın inkişafında xidməti olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Andrey Şevçenko əlavə edib.