Müğənni Sevda Ələkbərzadə əri Kamiyar ilə boşanması xəbərini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, müğənni 1news.az saytına müsahibəsində bildirib ki, həyat yoldaşı ilə boşanmasına məsafələr səbəb olub:
“Biz həyat yoldaşımla başa düşdük ki, yüz kilometrlərlə məsafədə olan Azərbaycan və Amerikada yaşamağa son qoymaq üçün boşanmalıyıq. Mən hər şeyi Bakıda buraxaraq ona, o da hər şeyi buraxıb Azərbaycana gələ bilməzdi. Boşanmaq qərarı qarşılıqlı şəkildə qəbul edilib. Kamiyarla mənim yaxşı münasibətim var, biz dostuq.
Sevəndə çox şeyi görmürsən və başa düşmürsən, sevginin gözü kordur. Bizimlə də belə idi. Düşünürdüm ki, elə bir an gələcək bizim üçün hər şey çətin olacaq, lakin sonra hər şey keçib gedəcək. Daha sonra anladım ki, heç nə keçmir, situasiya daha da çətinləşir. Münasibətlərimizdə problem böyük, çoxkilometrlik ayrılıq oldu.
Heç nə üçün təəssüf etmirəm. Bu mənim seçimim idi. Mən Kamiyarla çoxlu gözəl günlər keçirdim. Niyə təəssüf edim, əgər dost kimi ayrılmışıqsa?”
Qeyd edək ki, əməkdar artistin boşanması ilə bağlı xəbər "Qafqazinfo"da getmişdi. Lakin Sevda Ələkbərzadə KİV-ə açıqlamasında xəbəri təkzib etmişdi.
Son xəbərlər
Son Xəbərlər