“Qafqazinfo”nun məlumatına görə, müğənni konsertə ciddi hazırlaşdığını bildirib:
“Gecə-gündüz fərqli performans göstərmək üçün çalışıram. Özümü xoşbəxt müğənni hesab edirəm ki, neçə illərdir, məni sevən insanların qarşısında solo konsertlərimlə çıxış edirəm. Konsert proqramı “KEvents group”un rəhbərliyi və təşkilatçılığı ilə baş tutacaq. Artıq neçə aylardır ki, bu konsert proqramına hazırlaşıram. Sevilən bəstəkarımız İsmayıl Əsədovun topladığı musiqi orkestrı ilə birlikdə canlı musiqi səsləndiriləcək. Səhnədə mənimlə birlikdə rəqqaslar da çıxış edəcək. Bu il də ənənəyə sadiq qalaraq 20-dən çox mahnı oxuyacağam. Odur ki, gecə-gündüz komanda şəklində çalışıram ki, tamaşaçı razı qalsın.
Geyimlərim daima fərqli olub, bu il də fərqli və dəbli libaslarla çıxış edəcəm. Aparıcı dostlarıma təşəkkür edirəm ki, dəvətimi qəbul edib konsertlərimdə yanımda olublar. Konsertin aparıcısı haqda danışmaq istəmirəm. Konsert haqda ümumi detalları açıqlamaq istəmirəm, inanıram ki, konsertə gələnlər zamanını əyləncəli, musiqili və maraqlı keçirəcək”.
Könül
Son xəbərlər
Son Xəbərlər