“Qafqazinfo”nun məlumatına görə, yeni mahnısının sevildiyini bildirən müğənni sözügedən mahnıya klip çəkdirməyi düşündüyünü açıqlayıb:
““İlk addım” adlanan mahnıma klip çəkdirməyi planlaşdırıram. Çünki mahnı radiolarda və “Youtube” da diqqət cəlb etməyi bacardı. Bu yaxınlarda fərqli və keyfiyyətli bir klip təqdim etməyi düşünürəm. Klipin rejissoru və ssenarisi haqda hələ ki, məlumat vermək istəmirəm. Mahnının ekran işi hazır olduqdan sonra “Youtube” kanalımda sevənlərimə və jurnalistlərə təqdim olunacaq. Bu il bir çox yeniliklərim olacaq. Tovuz rayonunda konsert proqramı ilə çıxış etməyi planlaşdırıram. Konsertlə bağlı bütün məsələlər aydınlaşdıqdan sonra, bu haqda ətraflı məlumat verəcəyəm”.
Könül
Son xəbərlər
Son Xəbərlər