Sevdanın intiharı ilə bağlı araşdırma aparılır

sevdanin-intihari-ile-bagli-arasdirma-aparilir
Oxunma sayı: 6706

Ötən gün Bakıda baş verən intihar hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Bu barədə "Qafqazinfo"ya Nərimanov rayon prokurorluğundan bildirilib.

Məlumata görə, yanvarın 24-də saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə hazırda  Nərimanov rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.