Müğənni Sərdar Ortaçla Xloe Luqnanın 5 illik ailə həyatına son qoyulub.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, 2014-cü ildə evlənən və bu gün boşanan cütlük məhkəmə zalından əl-ələ çıxıb. Sərdar jurnalistlərə açıqlamasında “Ailə həyatımız alınmadı. Qarşılıqlı razılaşaraq boşandıq” deyib. Xloe isə “Sevərək evləndim, sevərək boşandım. Onu çox sevirəm. Həmişə də sevəcəm. Təəssüf ki, olmadı” söyləyib.
Qeyd edək ki, cütlüyün boşanmasına səbəb kimi xəyanət iddiaları səsləndirilirdi. Ancaq Sərdarla Xloe bunu inkar edib.
Son xəbərlər
Son Xəbərlər