“Sevgi zibildədir” əsəri 18,5 milyona satıldı - Foto

sevgi-zibildedir-eseri-185-milyona-satildi
Oxunma sayı: 3765

Londondakı Sotbis Hərrac Evində keçirilən Müasir İncəsənət Hərracında onlarla əsər satışa çıxarılıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərracda ən baha qiymətə satılan əsər ingilis rəssam Benskiyə məxsus olub.

Onun “Sevgi zibildədir” əsəri 18 milyon 582 funt sterlinqə satılıb.

Qeyd edək ki, bu, gecədə qeydə alınan rekord göstərici olub. Ümumilikdə isə hərracda 44 əsər satışa çıxarılıb. Ən baha qiymətə satılan əsərlər arasında Gerard Rixterin üç fərqli əsəri də yer alıb. Sənətçinin “S.D.” adlı əsəri 9 milyon 619 min 800 funta satılıb. 

Fotoda “Sevgi zibildədir” əsəri

Fotoda “S.D.” əsəri