Sevgili olduqları bu fotolarla təsdiqləndi

sevgili-olduqlari-bu-fotolarla-tesdiqlendi
Oxunma sayı: 715

Bir müddətdir ki, “Fİ” serialında rol alan Merve Çağıranla Cem Yılmaz sevgilidir. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa Yılmazın evindən çıxarkən kameralara tuş gəlib. 

O, fotoqrafların onu çəkdiyini görüb və üzünü gizlətməyə çalışıb. Bununla da, bir neçə gündür ki, cütlüyün sevgili olması haqqında yayılan şayiələr öz təsdiqini tapıb. 

Qeyd edək ki, Cem “Fİ” serialının ötən bölümündə epizodik bir rol ifa etmişdi.