Sevgili olduqları təsdiqləndi - Fotolar

sevgili-olduqlari-tesdiqlendi
Oxunma sayı: 2822

Bir müddətdir ki, sevgili olmaqları barədə xəbər yayılan, instaqramda bir-birini izləməyə başlayan Cem Yılmaz və Defne Samyelinin münasibətdə olduğu təsdiqlənib. 

“Qafqazinfo” xəbər verir ki, cütlük Cemin İstanbuldakı evində bir araya gəliblər. Komediya aktyoru medianın diqqətini cəlb etməmək üçün Defenin “Mercedes” markalı avtomobilini qaraja salıb, öz maşınını isə mənzilinin qarşısında saxlayıb. 

Cem mənzilinin mühafizə xidmətinə təlimat verib, onları çəkmək istəyən paparassilərə mane olması barədə göstəriş verib. Lakin media nümayəndələri onları bir arada lentə ala bilməyiblər.