Sevgili olduqları tıxacda təsdiqləndi - Fotolar

sevgili-olduqlari-tixacda-tesdiqlendi
Oxunma sayı: 3200

Aktrisa Ezgi Eyüboğlu ilə Seda Sayanın oğlu Oğulcan Engin tıxacda görüntülənib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeniköydə restoran çıxışında jurnalistlərdən qaça bilən cütlük tıxacda çarəsiz qalıb. Onlar bundan əvvəlcə narahat olsalar da daha sonra kameralara gülümsəyiblər. 

Hər hansı sualı cavablandırmayan ikili Eyüboğlunun evinə gedib.

Qeyd edək ki, aktrisa Ezgi Eyüboğlunun esk-əri, aktyor Kaan Yıldırımın adı son zamanlar müğənni Hadisə ilə hallanır.