Sevgili olmadıqlarını açıqladı

sevgili-olmadiqlarini-aciqladi
Oxunma sayı: 5851

Tanınmış türkiyəli müğənni Murat Boz aktrisa Tuba Büyüküstünlə sevgili olması ilə bağlı iddialara cavab verib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə Səlim Akarın yutub layihəsində danışıb.

Pop ifaçısı bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir: “Hazırda həyatımda heç kim yoxdur. Tuba sadəcə çox sevdiyim dostumdur. O komandada çox nadir tapılan dostluqlarım var. Biz onlarla ancaq serialda yox, başqa zamanlar da bir araya gəlirik”.

Qeyd edək ki, M. Boz və T. Büyüküstün “Zeytin ağacı” serialında yer alıblar.