"Qafqazinfo"ya daxil olan məlumata görə, bu barədə fotoqraf Orxan Rəhmanlı məlumat verib.
Belə ki, Orxan, hazırladığı maraqlı videoçarxla, İlham və Fərizənin xatirəsinə həsr olunmuş “ İlham kimi Vətənini, Fərizə kimi sevdiyini sev!” şüarı altında 30 iyun "Sevgililər Günü" münasibəti ilə vətənpərvərlik və sevgi mövzusunda foto müsabiqə etməyi planlaşdırıb. Qaliblər isə müxtəlif hədiyyələrlə təltif olunacaqlar.