Xəbər verdiyimiz kimi, azərbaycanlı model Günay Musayevanın keçmiş türkiyəli əri Tolqa Karel amerikalı modellə evlənməyə hazırlaşır.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddətdir Amerikada yaşayan aktyor İstanbula işlə bağlı geri qayıdıb.
Karel jurnalistlərə açıqlamasında 6 aydır birlikdə olduğu sevgilisi Sara Skottiyə Yeni il gecəsində evlənmək təklifi etdiyini, may ayında ailə quracaqlarını bildirib: “”Survivor” yarışmasının keçirildiyi Dominikdə şəxsi bir məkan var. Toyumuzu orda edəcəyəm”.
T. Karel oğlu Cahangiri görmək istəmədiyi haqda çıxan xəbərlərə aydınlıq gətirərək bildirib ki, “Oğlum mənim canımdır. Qız dostuma da dedim. Mənə “Nə zaman istəsən, o da mənim oğlum ola bilər. Amerikada bizimlə yaşaya bilər” dedi. İstanbula gələn kimi oğlumla görüşdüm. Bu cür dedi-qodular məni incidir” deyə bildirib.
Aktyor sevgilisinə 10 min dollarlıq nişan üzüyü aldığı barədə yayılan xəbərlərin doğru olduğunu vurğulayıb.
Qeyd edək ki, T. Karel G. Musayeva ilə 2011-ci ildə ailə qurub. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var. Cütlük 2014-cü ildə boşanıb.
Son xəbərlər
Son Xəbərlər