“Sevgilim dünyanın ən yaxşı kişisidir…” - Fotosessiya

sevgilim-dunyanin-en-yaxsi-kisisidir-
Oxunma sayı: 5976

Tanınmış türkiyəli aparıcı və aktrisa Burcu Esmersoy XOXO jurnalı üçün kamera qarşısına keçib.

“Qafqazinfo”nun məlumatına görə, o, dərgiyə müsahibəsində sevgilisi haqda da danışıb. Esmersoy Tuna Aksunu dünyanın ən yaxşı kişisi adlandırıb:

“O, dünyanın ən şirin, hüzur verməyi, sevməyi bacaran ən güclü insanıdır. Özümü təhdid altında hiss etdiyim bir dönəm oldu. Yaxın bir adamım məni iş və şəxsi həyatımda bədbəxt etməyə çalışdı. Xəyal qırıqlığı yaşasam da, bu mərhələni tez keçə bildim. Özümü bacarıqlı, xoşbəxt və hüzurlu hiss edirəm. Ətrafımdakı artıq adamları həyatımdan çıxarandan sonra daha rahat bir insan oldum”.