“Sevgilin xəyanət edir...” sözünə görə- - 10 min uduzdu

sevgilin-xeyanet-edir-sozune-gore-
Oxunma sayı: 895


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tennisçi Nick Kyrgios rəqibi Stanislas Wawrinkaya matç əsnasında sevgilisi 19 yaşlı tennisçi Donna Vekicin həmkarı, avstriyalı Thanasi Kokkinakis ilə birlikdə olduğunu bildirib və rəqibinə xəyanət xəbəri verərək onu ruhdan salmaq istəyib. Tennisçilər arasında olan söhbət  kameralardan eşidilib.

Stanislas Wawrinkaya söylədiyi təhqir məzmunlu sözlərə görə Nick Kyrgiosa 10 min dollar cəza verilib.

Daha sonra Kyrgios sosial şəbəkə vasitəsilə həmkarından üzr istəyib:

“Stanislas Wawrinkaya qarşı söylədiyim sözlərə görə üzr istəyirəm. Söylədiklərim qəzəblə deyilmiş, heç bir şəkildə qəbulolunmaz ifadələr idi. Çox peşmanam”.

Könül

“Qafqazinfo”