Sevgilisi ayrılmaq istədi, diqqət çəkmək üçün özünü bu hala saldı - Fotolar

sevgilisi-ayrilmaq-istedi-diqqet-cekmek-ucun-ozunu-bu-hala-saldi
Oxunma sayı: 5825

Türkiyənin Denizli şəhərində 31 yaşlı iranlı Parfane Poladin qaçırıldığını səhnələşdirib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, o, meşədə dostları tərəfindən əl-ayaqları, ağzı bağlı vəziyyətdə tapılıb.

Qadın ilkin ifadəsində meşədə gəzərkən üç kişi tərəfindən qaçırıldığını iddia edib.

Poladin polisin çaşdırıcı suallarından sonra həqiqəti söyləyib. Qadın bununla ondan ayrılmaq istəyən sevgilisi və ailəsinin diqqətini çəkmək istədiyini etiraf edib.

İfadəsi alındıqdan sonra Poladin prokurorluğun göstərişi ilə sərbəst buraxılıb.