Sevgilisi ilə mübahisəsinə qarışan qonşusunu bıçaqladı

sevgilisi-ile-mubahisesine-qarisan-qonsusunu-bicaqladi
Oxunma sayı: 1372


“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, fevralın 18-də Daşkəsən şəhər sakini Əfqan Abdullayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Nailə Cəfərovanın yaşadığı mənzildə olarkən aralarında mübahisə baş verib. 

Səs-küyə gələn qonşuları Ziyad Alıyev onları sakitləşdirməyə cəhd göstərib, bu zaman Ə.Abdullayev Z.Alıyevə bıçaqla xəsarət yetirib.

Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev tutulub.

Murad Əhməd