Sevgilisi olduğunu deyən Mustafadan 1 lirə təzminat istədi

sevgilisi-oldugunu-deyen-mustafadan-1-lire-tezminat-istedi
Oxunma sayı: 1644

Müğənni-aparıcı Defne Samyeli həmkarı Mustafa Sandaldan təzminat tələb edir. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Mustafanın müəllifi olduğu “Məni ağlatma” kitabında Defne ilə eşq yaşadığını qeyd etməsi olub.

Məlumatı təkzib edən Samyeli hüquq-mühafizə orqanlarına müraciət edib. Aparıcının vəkili Şenay Kara məhkəmə ərizəsindəki açıqlamadan söhbət açıb:

“Kitabda yer alan şeylər xəyal məhsuludur. Böhtan atılıb və Defne Samyelidən istifadə olunub. Mustafa Sandal və müvəkkilim yalnız mədəni tədbirlərdə bir neçə dəfə üz-üzə gəliblər. Sandal həmkarının adını çəkərək kitabı reklam edir. Biz qarşı tərəfdən 1 lirə dəyərində mənəvi təzminat və kitabın yayımdan qaldırılmasını tələb etmişik”.