Sevgilisi Ronaldoya bahalı maşın aldı - Video

sevgilisi-ronaldoya-bahali-masin-aldi
Oxunma sayı: 4902

Dünya futbolunun ulduzu, “Mançester Yunayted”in üzvü Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez ona ad günü münasibətilə avtomobil alıb.

“Qafqazinfo” xəbər verir ki, o, 37 yaşı tamam olan Ronaldoya 150 ​​min funt-sterlinq (təxminən 345 min manat) dəyərində "Cadillac Escalade" hədiyyə edib.

Corcina Ronaldoya hədiyyə verməsini də sosial şəbəkədə paylaşıb.