Sevgilisindən ayrı olduğu zamanlarda intihara cəhd edib

sevgilisinden-ayri-oldugu-zamanlarda-intihara-cehd-edib
Oxunma sayı: 2235

Dünyaca məşhur müğənni Keti Perri intihara cəhd etdiyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə “SiriusXM CBC” radiosuna qonaq olarkən bildirib.

Pop ulduz aktyor sevgilisi Orlando Blumla ayrılıq dövründə depressiyaya düşdüyünü, eyni zamanda 2013 və 2017-ci illər çıxardığı albomlarda uğur qazanmadığı dövrdə özünü öldürmək istədiyini açıqlayıb.

“İndi dünyaya gələcək qızımın atası ilə bir dönəm ayrılmışdıq. Sonra yeni albom həyəcanı yaşadım. İstədiyim uğur əldə olunmadı, çökdüm, özümə gələ bilmədim. Ümidimi itirmədim, Allaha sığındım. Bundan sonra intihar düşüncələrimi kənara atdım”,- deyə Keti bildirib.

Qeyd edək ki, 8 aylıq hamilə olan Keti və Orlando toylarını koronavirus səbəbilə gələn ilədək təxirə salıb.