Sevgilisindən ayrılan aparıcı intihar etdi

Sevgilisindən ayrılan aparıcı intihar etdi
Oxunma sayı: 2907

Hindistanın məşhur aparıcısı Chandana Ananthkrishna intihar edib. “Qafqazinfo” xəbər verir ki, 29 yaşlı TV ulduzu beş illik sevgilisi Dineşdən ayrıldıqdan sonra belə qərara gəlib.

Chandana zəhər içməzdən əvvəl çəkdiyi videonu ailəsi, sevgilisi və bir neçə rəfiqəsinə göndərib. Aparıcı “əgər ölsəm, sevgilim o vaxt özünü rahat hiss edəcək. Mənə belə demişdi”,- deyə görüntülərdə bildirib.

Daha sonra xəstəxanaya aparılan Chandananın həyatını xilas etmək mümkün olmayıb.

Polis Dineş və ailəsi haqqında intihara təşviq barəsində cinayət işi açıb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi