23 yaşlı amerikalı model Keyt Apton 33 yaşlı beyzbolçu Castin Verlanderlə nişanlanıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, model bu barədə “Met Gala”da bildirib.
Apton toy tarixini seçmədiklərini, evlənmək barədə hələ düşünmədiklərini bildirib.
Qeyd edək ki, K. Aptonla C. Verlander 2012-ci ildə reklam çəkilişləri zamanı tanış olub. 2013-cü ildə cütlük müvəqqəti olaraq ayrılıb, hətta model o zaman qısa müddətlik də olsa, rəqqas Maksim Çmerkovski ilə əlaqədə olub. Lakin daha sonradan- 2014-cü ildə yenidən Vernalderlə barışıb.







Son xəbərlər
Son Xəbərlər