Sevgilisinə görə hələ də kin saxlayır...

sevgilisine-gore-hele-de-kin-saxlayir
Oxunma sayı: 3069


İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Samir Nasrinin sevgilisi Anara Atanes Fransa millisinin baş məşqçisi Didye Deşamı yenidən tənqid edib. “Qafqazinfo” xəbər verir ki, Braziliyada keçirilən DÇ-2014-ə Nasrini çağırmadığı üçün yığmanın baş məşqçisini tənqid edən model ona qarşı hələ də qəlbində kin olduğunu bildirib:

“Sevgilimin DÇ-2014-ə dəvət almaması gözlənilməz idi. Çünki bu Deşamın səmimi qərarı deyildi. İndi də ona qarşı kinliyəm. Axı Fransa millisinin heyətində Nasri də olmalı idi”.