Sevgilisinə görə intihar etmək istəyən şəxs xilas olundu- - Fotolar+ Yenilənib

sevgilisine-gore-intihar-etmek-isteyen-sexs-xilas-olundu-
Oxunma sayı: 2691


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Bəşir Səfəroğlu küçəsi-91 ünvanında qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan gənc oğlan hündür mərtəbəli binanın eyvanından özünü atmaq istəyir. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

***

Azxeber.com-un hadisə yerində olan müxbirinin sözlərinə görə, ilkin ehtimallara görə intihara səbəb oğlanın qıza olan sevgisidir. 

O, sevdiyi qızın gəlməyəcəyi təqdirdə, özünü binanın 17-ci mərtəbəsindən aşağı atacağını deyib.

***

Bakıda intihar etmək istəyən şəxs xilas olunub.

APA-nın məlumatına görə, həmin şəxs 1985-ci il təvəllüdlü Ədilov Ceyhun Əbülfət oğludur. O, FHN əməkdaşları tərəfindən xilas edilib.

C. Ədilovun bildirdiyinə görə, intihar etmək istəməsinə səbəb sevdiyin qızın ondan ayrılmaq istəməsi olub.