Sevgilisini bıçaqlayan qadına xəbərdarlıq edildi

sevgilisini-bicaqlayan-qadina-xeberdarliq-edildi
Oxunma sayı: 1900

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən Rəna Qurbanovanın məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə hazırlıq iclası keçirilıib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

R.Qurbanova həbs edilməyib, onun barəsində başqa yerə getməməklə polisin nəzarətinə verilmə tədbiri seçilib. Hakim bildirib ki, R.Qurbanova bugünkü iclasa 45 dəqiqə gecikib və buna görə təqsirləndirilən şəxsə xəbərdarlıq edib. Növbəti iclaslardan birinə gecikəcəyi təqdirdə barəsində həbs qətimkan tədbiri seçiləcəyini bildirib.

Prosesdə zərərçəkmiş Sergey İqoryeviç iştirak etməyib. R.Qurbanova hadisədən sonra keçmiş sevgilisi ilə küsülü olduqları üçün onun məhkəmə gəlməməsinin səbəbini bilmədiyini deyib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun  6-da Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. 

1980-ci il təvəllüdlü Qurbanova Rəna Tengiz qızı qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Ustinov Sergey İqoryeviçi bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən S.İqoryeviçin həyatını xilas etmək mümkün olub.

Murad Əhməd