Sevgilisini döyməkdə ittiham olunan Qiqqz millidən ayrıldı

sevgilisini-doymekde-ittiham-olunan-qiqqz-milliden-ayrildi
Oxunma sayı: 955

Rayan Giqqz Uels milli komandasının baş məşqçi postundan ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyası (FAW) məlumat yayıb.

49 yaşlı mütəxəssis özü postundan ayrılmaq istədiyini bildirib. FAW Giqqzin qərarının ölkə futbolunun maraqlarına cavab verdiyini açıqlayıb. Qurum hazırda milli komandanın bütün diqqətinin Qətərdə keçiriləcək dünya çempionatına yönəldiyini vurğulayıb. Mundial 21 noyabr – 18 dekabrda təşkil olunacaq.

Qeyd edək ki, Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisini döyməkdə ittiham olunur. Məsələ ilə bağlı araşdırmalar davam etdiyi üçün Giqqz müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmışdı. Bu üzdən o, iki ilə yaxındır milliyə rəhbərlik edə bilmirdi. Uels yığmasına həmin dövrdən bəri Robert Peyc rəhbərlik edir.