Sevgilisini gizlətmək istədi, alınmadı - Fotolar

sevgilisini-gizletmek-istedi-alinmadi
Oxunma sayı: 2533

Star TV-də yayımlanan “Babil” serialının baş qəhrəmanı Birce Akalay sevgilisi ilə görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün marketdə bazarlıq edən cütlük KİV nümayəndələrini görən zaman təəccüblənib.

Fotoqrafların sevgilisini lentə almağını istəməyən aktrisa müxbirlərin qarşısına keçərək fikir yayındırmağa çalışıb. Lakin onun istəyinə əməl edilməyib.

Birce suallara qısa cavab verərək eşq yaşadığı şəxsin yanına gedib, onlar daha sonra ərazidən uzaqlaşıblar.