Sevgilisini öldürdüyünü canlı yayımda etiraf etdi

Sevgilisini öldürdüyünü canlı yayımda etiraf etdi
Oxunma sayı: 1464

Hindistanda sevgilisini öldürən şəxs cinayəti canlı yayımda etiraf edib.

"Qafqazinfo" "Daily Mail"yə istinadən xəbər verir ki, Çandiqarx şəhərində yaşayan 27 yaşlı Maninder Sinq "News18" telekanalına gedərək canlı yayımda önəmli etiraf edəcəyini bildirib.

Qısa zaman ərzində verilişə çıxan 27 yaşlı gənc izləyiciləri şoka salan etiraf edib. O, fərqli düşüncələrdə olduğu üçün onunla evlənməyən sevgilisi Sarbjit Kauru öldürdüyünü açıqlayıb. Sinq yayım başa çatandan dərhal sonra həbs olunub.

Qeyd edək ki, Kaurun cəsədi ötən ilin dekabrın 30-da otel otağında tapılmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi