Sevgilisini öldürən azərbaycanlı qadına 16 il 8 ay iş verildi

sevgilisini-olduren-azerbaycanli-qadina-16-il-8-ay-is-verildi
Oxunma sayı: 1537

Türkiyənin Konya şəhərində 9 aylıq körpəsini boğmağa çalışdığını iddia edərək sevgilisi Ümit Gökeri 7 bıçaq zərbəsi ilə qətlə yetirən azərbaycanlı Aysel Eşmə ilə bağlı qərar verilib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, 28 yaşlı qadın məhkəmənin qərarına əsasən, “qəsdən adam öldürmə” maddəsi üzrə 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2017-ci ilin dekabrında baş verib. Barda işləyən 27 yaşlı Aysel Eşmə 38 yaşlı həyat yoldaşı M.E-dən 2 il əvvəl boşansa da, birlikdə yaşamağa davam edib və 9 ay əvvəl uşaqları olub. Lakin Aysel 2 ay əvvəl eks-həyat yoldaşını tərk edərək 2 uşaq atası olan Ümit Göker ilə yaşamağa başlayıb.

Hadisə qadın işdə olduğu zaman baş verib. Qadın 9 aylıq oğlu Emir Ayazı sevgilisi ilə evdə tək qoyub. Ümit Göker gecə saatlarında mətbəxdə yemək bişirən zaman uşağın çarpayıdan düşdüyünü və bu səbəbdən onu dərhal xəstəxanaya çatdırdığını bildirib. İfadəsi alındıqdan sonra Göker sərbəst buraxılıb. 

Daha sonra sevgilisi Aysel və onun əri ilə görüşərkən aralarında mübahisə yaranıb. Bu zaman Aysel üzərindəki bıçaqla Gökerə hücum edib, küçədə onu 50 metr qovduqdan sonra 7 yerdən bıçaqlayıb. Buna səbəb olaraq sevgilisinin övladını boğaraq öldürdüyünü əsas gətirib.