“Qaqazinfo” xəbər verir ki, cinayət işinin materiallarına əsasən, 2013-cü il dekabrın 27-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən yataqxanada R.Ələkbərov qısqanclıq zəmnində yaxın münasibətdə olduğu Aynur Kazımovanı (1986-cı il təv.) qətlə yetirib. Elə həmin gecə o Binəqədi RPİ və 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, o hadisədən təxminən 6 ay əvvəl Aynurla tanış olub, iki uşaq anası olan Kazımova məhkəmə yolu ilə ərindən boşansa da, onlar bir mənzildə yaşayıblar. Əri gecə növbəsində olanda Aynurla Rafiq görüşürmüş. Hadısə baş verən gecə Ələkbərov qadının başqa şəxslə ona xəyanət etməsindən şübhələnib. Buna görə aralarında mübahisə yaranıb. Aynur uşaqları digər otaqda yatızdırandan sonra Rafiq Aynurun boğazını bıçaqla kəsib, sonra isə mənzildə olan məişət əşyalarını, noutbuku, mobil telefonu götürərək hadisə yerindən qaçıb. Bu epizodla əlaqədar o həmin əşyaları Aynur üçün özü aldıgını bildirib.
Bu ilin may ayında Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə R.Ələkbərov ittiham olundugu maddə ilə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellaysiya məhkəməsi cinayət işinə baxaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Ceyhun
Son xəbərlər
Son Xəbərlər