“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirən şəxs tutularaq istintaqa cəlb edilib. Belə ki, həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rayon hüquq mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub. İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A. Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər