Sevgilisini üçüncü mərtəbədən atdı

sevgilisini-ucuncu-mertebeden-atdi
Oxunma sayı: 635

Sevgilisini qısqanan oğlan qızı təhsil ocağının piləkənləri arasındakı boşluqdan yerə tullayıb. Xəsarət alanı universitetin mühafizəçisi aşkar edib və təcili yardım çağırıb. Qız ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hadisənin “qəhraman”ı artıq saxlanılıb.

Qeyd edək ki, onların hər ikisi Tiflis Dövlət Universitetinin hüquq fakültəsinin tələbələridir. Hadisə ilə bağlı cinayət işi açılıb.