Paytaxtda bir müddət öncə ərindən boşanan qadın birlikdə yaşadığı sevgilisindən polisə şikayət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü İ.M hüquq-mühafizə orqanlarına müraciət edərək sevgilisinin onun 12 yaşlı qızına qarşı zorakı hərəkətlər etdiyini bildirib.
İ.M deyib ki, qeyri-rəsmi olaraq birlikdə yaşadığı Mahir (şərti) adlı sevgilisi 1 həftə ərzində hər gün qızı 2004-cü il təvəllüdlü Aynura (şərti) qarşı zorakılıqla seksual xarakterli hərəkətlər edib. Bir müddət qorxusunda heç kimə bir söz deməyən uşaq sonradan hər şeyi anasına danışıb.
Araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər