Sevgilisinin öpüşləri, qırmızı lüks avtomobil - Cenniferin 50 yaşı+Fotolar

sevgilisinin-opusleri-qirmizi-luks-avtomobil
Oxunma sayı: 4951

Tanınmış müğənni Cennifer Lopez 50 yaşına qədəm qoyub.

“Qafqazinfo” xəbər verir ki, müğənniyə rəfiqəsi Qloriya Estefanın Mayamidəki malikanəsində ad günü partisi təşkil edilib. Səhərədək davam edən əyləncədə Cennifer ad günü tortunu kəsib, rəqs edib. Müğənnini beyzbolçu sevgilisi Aleks Rodriqez qırmızı rəngli lüks avtomobillə təbrik edib.

Cütlük gecənin sonunda həmin avtomobillə evə yola düşüb.