Sevgilisinin pulunu oğurlayan qadın tutuldu

sevgilisinin-pulunu-ogurlayan-qadin-tutuldu
Oxunma sayı: 651

Mayın 19-da M.Muxtarov küçəsində yaşayan Anar Cəfərov Yasamal RPİ 27-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, saat 05 radələrində yeni tanış olduğu Pərvanə adlı qadınla yaşadığı ünvana gəlib və bir qədər sonra evindən 1650 manat, 2900 ABŞ dolları, mobil telefon və şəxsi sənədlərinin oğurlandığını görüb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Pərvanə Həbillayeva mayın 22-də tutulub.

Mayın 22-də M.Hadi küçəsində Astara rayon sakini Azad Məmmədov qohumu, Bakı şəhər sakini Elman Əliyevə bıçaq xəsarəti yetirdiyinə görə Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 22-də Şərifli küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Quliyev Rəfail İsmayılova məxsus “Mitsubişi” markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisində mobil telefon, qızıl-zinət əşyaları və sənədi olan əl çantasını oğurladığı üçün Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 18-də Xocasən qəsəbəsində yaşayan Bəhruz Musayevin evinin pəncərəsindən keçmə yolu ilə 3200 manat və qızıl-zinət əşyaları oğurlanıb. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini Elşən Qüdrətov mayın 22-də tutulub.