63 yaşlı qadın onu narahat edən şəxsdən polisə şikayət etdi

63-yasli-qadin-onu-narahat-eden-sexsden-polise-sikayet-etdi
Oxunma sayı: 6606

İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü Nərgiz Cəfərova (şərti) bildirib ki, tanışı Cəfər Mamedov (şərti) 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb. O, həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib.

Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nizam Rza