“Sevginin bir alver olduğunu düşünürəm…” -

sevginin-bir-alver-oldugunu-dusunurem-
Oxunma sayı: 673


“Qafqazinfo”nun məlumatına görə, jurnal üçün xüsusi pozalar verən aktrisa sevgi haqda düşüncələrini bölüşüb: 

“Hər kəs sevgisini fərqli göstərir. Məni sevib-sevilmək yaşadır. Sevginin bir alver olduğunu düşünürəm. Bəzən baxaraq, bəzən susaraq, bəzən də sarılmaqla sevgimi göstərirəm. Təbiətə, evimə, yoldaşlarıma, ailəmə, itimə, kitaplarıma, işimə, sevgilimə böyük sevgi bəsləyirəm. “Səni sevirəm” cümləsini gün içində dəfələrlə söyləməliyik.  Sevgi içində böyütdüyün, amma paylaşınca çoxalan duyğudur. Ətrafımda sevə biləcəyim o qədər çox şey olduğu üçün xoşbəxtəm. Onlar çoxaldıqca qəlbim genişlənir”.

Terzioğlu serial çəkilişlərindən də söhbət açıb:

“Çəkiliş meydanına girdiyim an bütün maskalarımı çıxarıram, tamamilə çılpaq, səmimi və azad oluram. Çünki kamera arxasındakı enerjin kamera önündə də əks olunur. Çəkiliş zamanı yorğunluğumuzu mahnılar oxuyaraq, söhbətlər  edərək çıxarırıq. Belə bir qrupla çalışdığım üçün özümü şanslı hiss edirəm”.

Könül

“Qafqazinfo”