“Qafqazinfo” xəbər verir ki, Sevil Nuriyeva həmin mövzuya qayıdaraq Facebookda yazdığı şərhdən xəbər hazırlayanları ittiham edib:
“Əvvəla, dostlar arasında bir yazışma əsasında ifadə etdiyim fikri hansı peşəkar ağılla rəsmi açıqlama kimi təqdim etmisiniz? İkincisi, iki-üç adam arasındakı yazışmanı hansı peşə əxlaqıyla yayımlayırsınız? Hansı statusda qınama mətni yayımladım. Yazıqlar olsun, sizin peşə əxlaqınıza. Səs yazısına gəlincə, kimliyindən asılı olmayaraq qanunsuz səs yazılarını hüquq pozuntusu və mənəviyyata tərs düşən hal hesab edirəm”.
Qeyd edək ki, Sevil Nuriyeva dünən “Doğrudanmı, millət vəkilimiz jurnalistimizin səsini telefona yazıb orqanlara təqdim edib?” statusu yazmışdı. Sözügedən statusda isə Ceyhun Osmanlının hərəkətinin qanunsuz olduğunu qeyd etmişdi:
“Bu qanunsuzdur. Məhkəmə qərarı olmadan səs yazılmaz, yazılsa belə dəlil sayılmaz. Ayrıca insanlara xəyanət damğası vurmaq bu qədər bəsit olmamalıdır”.
İstedadlı jurnalistin nəzərinə çatdırırıq ki, Türkiyədə illərdir sosial şəbəkələrdən xəbər mənbəyi kimi istifadə olunur, Azərbaycanda da media son bir neçə ildir ki, bu təcrübədən yararlanır və burda qeyri-peşəkarlıqdan söhbət gedə bilməz.
Son xəbərlər
Son Xəbərlər