Sevilin intiharı ilə bağlı cinayət işi başlanıldı

sevilin-intihari-ile-bagli-cinayet-isi-baslanildi
Oxunma sayı: 4821

Bir neçə gün əvvəl Bakıda özünü 20-ci mərtəbədən ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın ölümü ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 18-i, saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən  yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon  prokurorluğunda CM 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, hadisə yerində keçinən Sevilin intiharından bir gün sonra isə onun sosial şəbəkədə yazışmaları üzə çıxıb. 2019-cu və ötən ildə olan yazışmalarda Sevil ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Baş Prokurorluqdan yayılmış foto və məlumatlar üzrə də Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılacağı bildirilib. 

Qeyd edək ki, Sevil Atakişiyeva Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi olub.