“Sevilya” tarixində ən bahalı transfer

sevilya-tarixinde-en-bahali-transfer
Oxunma sayı: 1463

Fransanın “Bordo” futbol klubunun müdafiəçisi Jül Kunde rəsmi şəkildə “Sevilya”ya keçid edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ispan klubunun mətbuat xidməti məlumat yayıb.

İmzalanan müqaviləyə əsasən, futbolçu 2024-cü ilədək “Sevilya”nın heyətində çıxış edəcək. Transferin qiyməti 25 ilyon avro təşkil edib. Bu, klubun tarixində ən bahalı transfer hesab edilir.