“Sevilya”dan 20 milyonluq transfer

sevilyadan-20-milyonluq-transfer
Oxunma sayı: 1129

İspaniyanın "Sevilya" klubu yeni transferini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, əndəlüsiyalılar "Leqanes"in hücumçusu Yusif Ən-Nəsirini transfer edib. 22 yaşlı hücumçu ilə 5,5 illik müqavilə imzalanıb. "Sevilya" bu keçid üçün 20 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Leqanes" Mərakeş millisinin üzvünü 2018-ci ildə "Malaqa"dan 6 milyon avroya transfer etmişdi.