““Sevilya”ya qalib gəlmək istəyimiz olmasa, meydana çıxmazdıq”

““Sevilya”ya qalib gəlmək istəyimiz olmasa, meydana çıxmazdıq”
Oxunma sayı: 824

“Qarabağ”ın futbolçusu Xayme Romero Avropa Liqasında “Sevilya” ilə qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.“Qafqazinfo” xəbər verir ki, “Marca” nəşrinə danışan ispan oyunçu, “Sevilya”nı məğlub etmək istədiklərini deyib:

“Qarabağ”ın baş məşqçisi bir neçə il əvvəl gəlməyimi istəmişdi, amma həmin vaxt mümkün olmamışdı. Ancaq bu il yenidən çağırdılar və yaxşı müqavilə təklif etdilər. Üç illik sözləşmə imzaladım və avrokuboklarda oynamaq üçün güclü stimul oldu. Özümü fiziki cəhətdən də çox yaxşı hiss edirəm. Hamı ilə münasibətim yaxşıdır.

Burda hər cür şərait var. Bu qaydada davam etmək üçün də üzərimdə çox çalışıram. Bu qrupdan çıxmaq potensialımız var və düşünürəm ki, çıxa bilərik. Bu mövsüm “Sevilya”nın oyunlarını çox izləyə bilməmişəm. Amma La Liqanın lideri olduqlarını, futbolçularının səviyyəsini bilirəm. Əla komandadır, Avropa Liqasını qazanmağa əsas namizədlərdən olduqlarını bilirəm.

Amma biz də yaxşı komandayıq. Üstəlik, evdə oynadığımız üçün həmişə olduğu kimi, yenə qələbə qazanmağa çalışacağıq. “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq. Qələbə barədə düşünmürsüzsə, nə üçün oynayırsız? Rəqib nə qədər güclü olsa da, öz oyun fəlsəfəmizə sadiq qalacağıq. Topa sahib olmağı sevən və meydanda daim hərəkətdə olan kollektivik. Həmişə olduğu kimi, təhlükə yaratmaq üçün topa sahib olmağa, yaxşı müdafiə olunmağa və kollektiv şəkildə mübarizə aparmağa çalışacağıq.

“Qarabağ” fantastik şəraiti olan, futbolçuya hər şeyi təmin edən klubdur. Altı ildir avrokuboklarda iştirak etməsi təsadüfi deyil. Çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Burdakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədir. Yalnız bizim üçün otel, istirahət edə biləcəyimiz otaq və mükəmməl sahə var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdir. Uzun müddətdir klubun “sükanı arxası”ndadır. O, burda hər şeyi dəyişdi, çempionluqlar qazandı, Avropaya gəldi”.
Bu gün keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi