“Qafqazinfo”nun teleqraf.com-a istinadən verdiyi xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi rayon Məhkəməsinin hökmü dəyişdirilib. Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Ayxan Məmmədov “Favorit” marketdə oğurluğa cəhd edib və Binəqədi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
Son Xəbərlər