Sevinc Çılğının yeni kitabı- - "Yumurta"

sevinc-cilginin-yeni-kitabi-
Oxunma sayı: 1363


“Qafqazinfo”nun məlumatına görə, kitaba müəllifin 13 hekayəsi daxil edilib.

Müəllif kitabını oxuculara belə təqdim edir: “Yumurta” – nəsr yaradıcılığımın yumurta dönəmində yaranan kitabdır. Bu “Yumurta”dan insan doğulacağına inanıram. Bütün başlanğıclar maraqlıdır”.

Kitab fərqli və maraqlı konsepsiya üzərində qurulub, “Cift” və “Döl” adlı iki hissədən ibarətdir. Bu bölmələrə uyğun olaraq isə yazarın ilkin və sonrakı hekayələri toplanıb. 

Kitabdakı hekayələrin mövzu və üslubları bir-birindən fərqli olsa da, qəhrəmanları əsasən qadınlardır.

Qeyd edək ki, Sevinc Çılğın əsasən şairə kimi tanınsa da, məhz hekayələrinə görə, “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərindən biri seçilib.

“Yumurta” müəllifin sayca ikinci kitabıdır. “Alaçarpa” adlı ilk kitabında yazarın şeirləri toplanmışdı. Yaxın günlərdə kitaba geniş təqdimetmə mərasimi keçiriləcək.