“Qafqazinfo”nun məlumatına görə, musiqisi Sevinc Tofiqqızına, sözləri Zəlimxan Yaquba məxsus “Məkkədə” adlı mahnını Ülvi Xələfov ifa edib. Bəstə haqda fikirlərini bölüşən bəstəkar Tatlısəsin vəziyyətinə çox kədərləndiyini və onu ruhlandırmaq üçün bu mahnını yazdığını bildirib: “Məni İbrahim bəyin vurulması xəbərinə çox sarsıldım. Sözün əsl mənasında o Türkiyənin ən önəmli səslərindən biridir. Biz onun mahnıları ilə böyüdük. Hazırda Tatlısəsin oxuya bilməməsi məni çox üzür. Mən inanıram ki, İbrahim Tatlısəs tez bir zamanda sağalacaq və mənim ona bəstələdiyim sözləri dəyərli şairimiz Zəlimxan Yaquba aid olan “Məkkədə” mahnısını gözəl avazı ilə ifa edəcək. Mənim ona musiqi bəstələməyimin önəmli səbəblərindən biri İbrahim Tatlısəsi ruhlandırmaq və onu tez bir zamanda sağalmağını cani-könüldən arzu etməkdir. İbarahim Tatlısəs bilsin ki, bizim dualarımız onunladır”.
Sevinc Tofiqqızı, İbarahim Tatlısəsə bəstələdiyi mahnını ifa edən Ülvi Xələfovdan da söhbət açıb: “Bu mahnını bəstələdim. İbrahim bəyə hazır oxunmuş halda göndərmək istədim. Tanıdığım və İbrahim bəyin səsinə bənzəyən birinə oxutdurdum. O, adam sağ olsun gəldi mahnını oxudu. Sözün əsil mənasında İbrahim Tatlısəsə layiq olaraq da ifa edib. Musiqimin söz yazarı olan bizim dəyərli şairimiz Zəlimxan Yaquba da öz minnətdarlığımı bildirirəm. Onu da deyim ki, İbrahim bəy şəxsən tez bir zamanda ona bəstələdiyim bu mahnı dinləyəcəkdir. Onu fikirlərini zamanı gəldiyində mediaya açıqlayacam”.
Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı Atatürkə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da kompozisiya bəstələyib.
Son xəbərlər
Son Xəbərlər