"Qafqazinfo"nun prosesi izləyən əməkdaşının verdiyi xəbərə görə, S.Osmanqızının vəkili Tamilla Ələkbərova çıxış edərək bildirib ki, müvəkkili bugünkü iclasda da iştirak edə bilməyəcək.
Azər Tağıyevin vəkili çıxış edərək S.Osmanqızının iştirakı olmadan da iclasın keçirilməsinə razı olduqlarını bildirib. Vəkil deyib ki, bu məhkəmə işinin ictimai tərəfi yoxdur, sırf şəxsi məsələdir: "Tərəflərin iki yetkinlik yaşına çatmayan uşaqları var. Sevinc Osmanqızı məsələni siyasiləşdirməyə çalışır. Mətbuatda yalan məlumatlar yayır, işə siyasi don geydirməyə çalışır. Hətta hökümət tərəfindən təqib olunduğunu deyir. Məqsəd isə siyasi sığınacaq almaq və övladlarını da özü ilə aparmaqdır. Bundan başqa mətbuatda məhkəmə tərəfindən qəbul edilməyən qərarların qəbul edilmiş kimi yayır. Onun məhkəməyə məcburi gətirilməsi haqda qərar verildiyi barədə məlumatlar yayəb. Bütün bunları nəzərə alaraq məhkəmənin qapalı keçirilməsini istəyirik”.
İddiaçı tərəf, S.Osmanqızının keçmiş həyat yoldaşı Azər Tağıyev də bu vəsatəti dəstəkləyib.
S.Osmanqızının vəkili Tamilla Ələkbərova da etiraz etməyib. Hakim məhkəmənin qapalı keçirilməsinə qərar verib.
Növbəti məhkəmə iclası fevralın 3-nə təyin edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər