Sevinc və Sevil yeni maşınla - Qəza törətdi+Açıqlama

sevinc-ve-sevil-yeni-masinla
Oxunma sayı: 1562

Bu gün müğənni-aparıcı Sevinc və Sevil Səfərovalar yeni aldıqları avtomobillə qəza törədib. Məlumatı qaynarinfo.az yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda əkizlərin idarə etdiyi “Dodge Durango” markalı avtomobilin İçərişəhərin yaxınlığında yolu keçən yaşlı bir kişini vurduğu bildirilir. 

“Qafqazinfo” hadisə ilə bağlı Sevil və Sevinclə əlaqə saxlayıb. Sənətçilərin mətbuat xidməti bildirib ki, piyada heç bir xəsarət almayıb:

“Piyada 87 yaşlı kişidir. İndi vəziyyəti çox yaxşıdır, xəsarət almayıb. Hadisə baş verdiyi ərazidə piyada keçidi olmayıb. Həmin şəxs ərazidən yolu keçməyə çalışıb. Maşın piyadaya toxunmayıb. Sadəcə olaraq yaşlı insandır, özünü tarazlaya bilməyib, yerə yıxılıb. Amma maşın kişiyə dəyməyib. Hadisə yerinə elə polis əməkdaşları cəlb olunub”.